Paşinyanın son kadr təyinatları hakim partiyada narazılıq yaradıb



 13:21 22.12.2022     486

Baş nazir Nikol Paşinyanın son kadr təyinatlarına hakim “Mülki müqavilə” Partiyasında dözümlü yanaşmırlar”.

Demedia.az xəbər verir ki, bunu yerli “Hraparak” qəzeti yazıb.

Nəşrin məlumatına görə, hazırda ölkənin maliyyə və təhsil, mədəniyyət və idman nazirləri postlarını bitərəflər tuturlar. Halbuki əvvəllər bütün vəzifələrə hakim partiya üzvləri təyin olunurdu.

“Mülki müqavilə”də hesab edirlər ki, N.Paşinyan öz partiyadaşlarından narazıdır.

Qəzet yazıb ki, “Mülki müqavilə”nin veteranları Arayik Arutyunyan və Romanos Petrosyan baş nazirin müavini postuna iddia ediblər. Lakin N.Paşinyan bu vəzifəyə bitərəf Tiqran Xaçatryanı təyin edib.