Savaşa ciddi hazırlıq gedir: yazda baş verəcək...
Donbasda vəziyyət yaz aylarında kəskinləşə bilər. Həm Ukraynada, həm də Rusiyada buna ciddi hazırlıqların getdiyi görünür.
Nexeber.az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri politoloq Ərəstun Oruclu deyib.
O bildirib ki, Ukrayna hökuməti Rusiyanın ölkə daxilindəki informasiya resurslarını sıradan çıxarmaqla yanaşı, həm də müəyyən hərbi hazırlıqlar həyata keçirir:
"Təcrübə göstərir ki, belə hazırlıqlar konkret nəticələrə hesablanaraq aparılır. Yəni ölkənin Moskvanın nəzarətində olan ərazilərini azad etməyə... Azərbaycanın Qarabağdakı hərbi qələbəsi bu mənada Ukrayna üçün stimul yaratdı və Kiyev də Türkiyə ilə siyasi və hərbi əlaqələrini gücləndirməyə başladı. Təbii ki, Moskvada da bunu yaxşı anlayırlar və yəqin ki, buna hazırlaşırlar da. Odur ki, vəziyyətin kəskinləşəcəyi gözləniləndir.
Torpaqlarının işğal altında qalması hər bir ölkənin inkişafı üçün ciddi maneələr yaratmaqla yanaşı, həm də ölkənin siyasi və iqtisadi sistemlərini dayanıqsız vəziyyətə gətirir. Ona görə də müəyyən bir zamanda ərazi bütövlüyü probleminin həllinin ölkə üçün prioritetə çevrilməsi baş verir. Belə görünür ki, Ukrayna üçün həmin zaman yaxınlaşır.