Məzun gecəsində faciə baş verdi - 29 nəfər yaralandı / VİDEO

 12:43 23.12.2022     681

Peruda şagirdlərin məzun tədbiri zamanı faciə baş verib.

Demedia.az xəbər verir ki, partinin keçirildiyi məkanda şagirdlər rəqs edərkən shnə çöküb. Nəticədə 29 şagird xəsarət alıb. Hadisədən sonra dərhal əraziyə xilasedicilər cəlb edilib. Məlumata görə, səhnənin çökməsinə səbəb ağırlığa tab gətirməməsi olub.

Yerli sakinlər bildirir ki, əvvəllər həmin məkandan xoruz döyüşləri üçün istifadə edilib. Təmir ediləndən sonra restoran kimi fəaliyyət göstərib.