"Azərbaycana dəstək verməyə davam edəcəyik” - Hulusi Akar



 15:28 24.12.2022     430

"Xoş günündə və çətinlikdə Azərbaycana dəstək verməyə davam edəcəyik”.

Demedia.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilin yekunları ilə bağlı keçirilən iclasda deyib.

O bildirib ki, Azərbaycan 44 günlük müharibə ilə haqsız işğala son qoydu:

"Türkiyə minaların təmizlənməsi sahəsində və digər məsələlərdə Azərbaycana dəstək verir".

Nazir, həmçinin söyləyib ki, Yunanıstan hələ də təxribatlarına davam edir:

"NATO Yunanıstanın şıltaqlığına son qoymalıdır. Gözləntimiz bəzi yunan siyasilərinin mövqelərini dəyişmələri və tarixdən dərs çıxarmalıdır. Biz Ege və Aralıq dənizlərinin dostluq dənizləri olmasını istəyirik".