"Taliban" qadınların QHT-lərdə işləməsinə qadağa qoydu



 11:54 25.12.2022     320

"Taliban" Əfqanıstanda qeyri-hökumət təşkilatlarına (QHT) qadınların işdən uzaqlaşdırılması əmrini verib.

Demedia.az xəbər verir ki, bu barədə “Reuters” "Taliban" hökumətinin İqtisadiyyat Nazirliyinin məktubuna istinadən məlumat yayıb.

Qeyd olunub ki, buna səbəb bu QHT-lərdə işləyən bəzi qadınların "Taliban"ın irəli sürdüyü geyim qaydalarına əməl etməməsidir.

"Taliban" hökumətinin İqtisadiyyat Nazirliyinin sözçüsü Əbdülrəhman Həbib "Reuters"ə deyib ki, bu qərar Əfqanıstan Humanitar Yardım Koordinasiya Agentliyinə daxil olan təşkilatlara aiddir.

Xatırladaq ki, bu agentliyə 180-dən çox yerli və beynəlxalq qeyri-hökumət təşkilatı daxildir.