Türk ordusu 12 PKK terrorçusunu məhv etdi

 13:30 27.12.2022     455

Türkiyə Silahlı Qüvvələrinin mövqeləri terrorçular tərəfindən atəşə tutulub.

Demedia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, cavab olaraq Suriyanın şimalında, “Zeytin Dalı” və “Fırat Kalkanı” bölgələrində aşkar edilən 12 PKK/YPG terrorçusu uğurlu əməliyyat nəticəsində zərərsizləşdirilib.