Monteneqro Prezidenti Türkiyəyə səfər edəcək
Monteneqro Prezidenti Milo Cukanoviç dekabrın 30-da Türkiyəyə işgüzar səfər edəcək.
Demedia.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
İstanbulda iki ölkənin liderləri arasında keçiriləcək görüşdə Türkiyə ilə Monteneqro arasında ikitərəfli münasibətlər və əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.
Ərdoğanla Cukanoviç regional və beynəlxalq məsələlər, xüsusilə Balkan regionu ilə bağlı fikir mübadiləsi aparacaq.